Zoğallı düyü şorbası resepti

Zoğallı düyü şorbası resepti
Yeməklər
10.09.2017 11
Tərkibi:

Düyü-100 q,

Ərinmiş yağ-80 q,

baş soğan-80 q,

axta zoğal-40 q (və ya alça qurusu),

keşniş və şüyüd-60 q (və ya quru nanə-4 q),

sümüklü mal əti-600 q (bundan bulyon hazırlanır),

duz, istiot.



Hazırlanması:

Zoğallı düyü şorbasını həm adi suda, həm də mal ətindən hazırlanmış bulyonda bişirmək olar.  Qaynanmış suya yaxud hazır bulyona düyü və axta zoğal (və ya quru zoğal) tökülüb bişirilir. Soğan ərinmiş yağda ayrıca qızardılır və şorbaya əlavə edilir.



Düyü şorbası küftəciklər və noxud əlavə etməklə də bişirilir. Bu halda 80 q noxud, 400 q ət götürülür. Süfrəyə verildikdə üstünə keşniş və şüyüd səpilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!