Qozlu badımcanlı bükmə resepti

Qozlu badımcanlı bükmə resepti
Yeməklər
10.09.2017 32
Tərkibi:

4 ədəd badımcan

2 ədəd yerkökü

100 q qoz

Bir balaca dəstə keşniş

Duz

Istiot

Badımcanı qızartmaq üçün duru yağ



Hazırlanması:

Badımcanın ara-ara qabığını soyub uzununa doğrayıb duzlayıb 15-20 dəqiqə
saxlayırıq. Sonra sıxıb acı suyunu çıxardıqdan sonra yuyuruq və sıxıb
az duzlayıb tavada duru yağda ocaqda hər iki üzünü qızardırıq.

Yerkökünü və sarımsağı təmizləyib yuyub sürtgəcdən keçiririk.

Sonra tavada yağda 5-10 dəqiqə qovururuq.

Təmizlənib yuyulmuş keşniş ilə qozu xırda doğrayırıq.

Kökü, qozu və keşnişi bir qaba töküb qarışdırırıq.Üstünə duz və istiotu əlavə edib yaxşı qarışdırırıq.

Badımcanın bir layını götürüb bir tərəfdən 1 ç.q qarışıqdan qoyub bükürük.rulet kimi

Üstünə qoz yonqarı səpib çöp taxırıq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!