Xəmirdə bişirilmiş qızılbalıq resepti - FOTO RESEPT

Xəmirdə bişirilmiş qızılbalıq resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 10
Tərkibi:

30 q təzə yaşıl reyhan

20 q şüyüd

1 ç.q. limon sedrası

3/4 ç.q. duz

50 q kərə yağı

1 kq balıq filesi (qızılbalıq, forel, keta və s.)

500 q qat-qat mayalı xəmir

1/4 ç.q. qara üyüdülmüş istiot

1 yumurta



Hazırlanması:

Reyhanla şüyüdü xırda doğrayın. Yumşaq kərə yağı, sedra ilə qarışdırın, azca duz vurun.

Balıq filesindəki sümükləri çıxarın, soyuq suda yuyub slfetlə qurulayın.

Siniyə perqament döşəyin.

Fileni yarıya bölün.

Xəmiri yayın. Filenin bir hissəsini üzərinə qoyun. Duz-istiot səpin. Göyərti-yağ qarışığını üzərinə çəkin.

Filenin qalanını üzərinə döşəyin, duz-istiot səpin.  

Yumurtanı çalın və balığın kənarı boyu xəmirin üzərinə çəkin. Xəmiri zərf kimi qatlayın, artığını kəsin.

Xəmirin üzərinə yumurta çəkin. İti bıçaqla üzərində naxışlar çərtin.

190 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Xəmir bişməli və qızılı rəngdə olmalıdır.




 

 

 

 

 

 

 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!