Bildirçin dolması resepti

Bildirçin dolması resepti
Yeməklər
10.09.2017 29
Tərkibi:

6 orta boy bildirçın,

1+1/2 şorba qaşığı quş üzümü,

6 şorba qaşığı kərə yağ,

1+1/2 şorba qaşığı dolmalıq fıstıq,

1 böyük soğan,

1 şirniyyat qaşığı duz,

1/2 stəkan düyü,

1/2 şirniyyat qaşığı istiot,

1/2 şirniyyat qaşığı darçın,

3+1/2 stəkan su,



Hazırlanması:

Əvvəlcə bildirçinləri ütələyib yuyun.

Düyünü ayırtlayıb ilıq duzlu suda bir saat gözlədin.

Soğanı yeməklik doğrayın.

Fırını orta hərarətdə qızdırın.

Quş üzümünü ayırlayıb , üstünü örtənə qədər ilıq su tökün.

Orta boy bir tavada 2 şorba qaşığı kərə yağı orta atəşdə əridin.

Yağ əriyər əriməz, bildirçinləri tavaya qoyub, alt-üst edərək, hər iki yanlarını 2 dəqiqə qızardın.

Tavanı atəşdən alıb, bildirçinləri bir servis tabağına yığın.

Orta boy bir tavaya qalan 4 şorba qaşığı kərə yağı qoyub, orta atəşdə əridin.

Yağ əriryəndə soğanı əlavə edib , bir dəqiqə qədər qovurun.

Soğan
qızarmağa başlayınca süzəcəyiniz düyünü, eynı şəkildə də süzəcəyiniz
quş üzümünü, dolmalıq fıstığı, duzu, bibəri və darçını əlavə edin.

Tez-tez qarışdıraraq, 3-4 dəqiqə qovurun. Tavaya 1- 1/2 stəkan su qatıb, vam odda 10 dəqiqə bişirin.

Qazanı ocaqdan alıb , ağzını örtüb , xörəyi dincə qoyun.

Dolma içini, 15-20 dəqiqə dincə qoyun.

Sonra , şorba qaşığı ilə bildirçinləri doldurun. Doldurulmuş bildirçinləri tavaya yerləşdirin.

Doldurulmuş bildirçinlərin üzərinə 2 stəkan suəlavə edib , fırına verin.

25-30 dəqiqə sonra qabı fırından alın.

Bildirçin dolmalarını isti olaraq servis edə bilirsiniz



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!