Narşərab-bal-potağal şirəli sobada qızardılmış ördək resepti

Narşərab-bal-potağal şirəli sobada qızardılmış ördək resepti
Yeməklər
10.09.2017 36
Tərkibi:

2 kq yarım-3 kq bütöv ördək,

Xörək duzu və təzə döyülmüş qara istiot,



Ətin üzərinə çəkiləcək şirə üçün:

¼ fincan yüngül tamlı bal,

¼ fincan narşərab,

2 xörək qaşığı təzə sıxılmış portağal şirəsi (suyu),



Bəzəmək üçün:

1 portağal,1 limon – hər ikisini 8 hissəyə bölün.

Zövqə görə doğranmış cəfəri.



Hazırlanması:

Sobanı 150 dərəcə tempraturda qızdırın.

Ətin boğaz,pətənə,ürəyi çıxarılır, qarın boşluğu tamamilə təmizlənir.

Boğaz
hissədə artıq qalan dəri bıçaqla kəsib atın. Təmizlənmiş ördəyi soyuq
suda yuyun, həm iç,həm də bayır tərəfdən yaxşıca qurudun.

İti bıçaqla döş hissəsindəki dəri bütünlüklə paxlava naxışı kimi kəsin.

Elə etmək lazımdır ki, ət kəsilməsin.

Bıçağın ucu ilə dəri, xüsusi ilə də, yağlı hissələrdən deşin (bu bişərkən dərinin yağının süzülməsinə imkan yaradır).

Ətin içinə və bayırına duz,istiot vurun.

Ördəyin ayaqlarını mətbəx vişi (möhkəm ip) ilə birləşdirib bağlayın,qanadlar isə ördəyin arxasına qatlanır.



Qızardılması:

Ördəyi
sinə hissəsi yuxarı olmaqla dərin tavaya (tava dəsti şəkildəki kimi
olmalıdır ki,qızararkən yağ dəmir içlikdən altdakı tavanın içinə
süzülsün) yerləşdirin.

Sobaya qoyub bir saat qızardın.

Sonra sobadan çıxardın. İti bıçaqla sinə üzərindəkı dəri və bud ətrafında yağlı hissələri deşin.

Ördəyi sinəsi üstə tavaya çevirərək qoyun.

1saatdan çox bu vəziyyətdə qızardın.

Lazım gələrsə tavaya toplanmış yağı qaşıqla yığın. Sonra ördəyi arxası üstə çevirin.

Yenə bıçaqla müxtəlif yerlərdən deşin.

Daha 1 saat qızardın.

Yenidən
sobadan çıxardın.üzərini bıçaqla deşin və sinəsi üstdə tavaya qoyun.
Ördək bütünlüklə bişənə və dəri altındakı yağ tam əriyənədək təxminən 1
saatdan artıq qızardın. ( Bütövlükdə ördək təxminən 4 saat
qızardılmalıdır).



Şirənin hazırlanması:

Bal, narşərab, portağal şirəsini balaca qazana töküb qaynadın.

Vam odda qatılaşana və sirop halına düşənəcən,təxminən 5 dəqiqə bişirin.

Ördək
bişdikdən sonra sobanın temperaturunu 205 dərəcəyə qaldırın. Ördəyin
ön (sinə) hissəsi yuxarı vəziyyətdə olmaqla 10 dəqiqə qızardaraq
bişirin.

Sonra
üzərinə hazırlanmış şirədən bir qədər çəkin, dəri xırçıldayana və
qızılı qəhvəyi rəng alanadək daha 5 dəqiqə sobada qızardın.

Bu zaman diqqət yetirmək lazımdır ki,ət qızararkən şirə yanmasın.

Sobadan çıxarıldıqdan sonra qızarmış ördəyi 10 dəqiqə bir kənara qoymaq lazımdır.



Meyvələrin bişirilməsi:

Ayrıca
tavanı orta oddakı temperaturda qızdırın. Doğranmış portağal və limon
dilimlərini şirənin artıq qalan hissəsinə batırın.

Onları tavaya qoyub hər iki üzünü karamel rəngi alanadək,təxminən 3dəqiqə, bişirin.

Süfrəyə
vermək üçün hazır ördək qızartmasını böyük dayaz boşqaba qoyub
,ətrafını şirədə bişmiş portağal və limon, zövqə görə cəfəri ilə
bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!