Özbək çörəyi resepti

Özbək çörəyi resepti
Yeməklər
10.09.2017 32
Tərkibi:

4 su stəkanı un,

1 su stəkanı süd,

1 yumurta,

yarım paket yaş maya,

1 şirniyyat qaşığı duz,

2 şorba qaşığı kərə yağı,

Duz,

Su ,



Üzərinə:

1 yumurta,

Cirə,



Hazırlanması:

Unu qarışdırma qabına alın.

Ortasını açaraq mayasını qoyun.

Mayanın üzərinə südü tökün.

Yumurtanı qırın.

Unun üzərinə duzunu atın.

Ortada əvvəlcə mayanı əritdin.

Sonra xəmiri yoğurmağa başlıayın.

Yetərin qədər ilıq su əlavə edərək kulak məməsi kimi bir xəmir əldə edin.

Xəmirə un səpərək açın.

Uzun bir xəmir açdıqdan sonra üzərinə kərə yağını sürtün.

Xəmirdən 2-3 sm qalınlıqda parçalar kəsin.

Kəsdiyiniz xəmirləri rulon bükün.

İlk rulonu kəsilmiş ikinci xəmirin üzərinə qoyara yenidən rulon şəklində sarıyın.

Bütün kəsilmiş xəmirləri üst-üstə qoyub rulon bükün.

Sonunda böyük bir parça rulon əldə edəcəksiniz.

Yağlanmış yuvarlaq kiçik bir siniyə rulonu qoyun.

Xəmirin üzərinə əlinizlə basaraq sini böyüklüyünə gətirin.

Yumurtanı qırıb çırpın.

Xəmirin üzərinə yumurta sürtün.

Kiçik kurabiyə qəlıbləriylə üzərinə basaraq şəkil verin.

Kənarlarına küncüt sərpin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!