Kəklikotulu quzu qabırğası resepti

Kəklikotulu quzu qabırğası resepti
Yeməklər
10.09.2017 22
Daha çox rus mətbəxinin yeməyi kimi tanınan quzu "karski” quzunun bel ətindən hazırlanır. Ət quzunun böyrəyinə yaxın tərəfindən kəsilir və qızardılır.



Tərkibi:

4 quzu qabırğası (hər biri 200 qramlıq)

2 quzu böyrəyi (təmizlənib ortasından ikiyə bölünmüş)

Bir stəkan bitki yağı

1 çay qaşığı duz

1 çay qaşığı istiot

1 çay qaşığı kəklikotu



Hazırlanması:

Əvvəlcə tavanı qızardın. Sonra quzu qabırğası dilimlərinin hər iki yanlarını 5 dəqiqə, hərdən üstünə fırçayla yağ çəkərək qızardın.  Böyrəkləri də 4 dəqiqə eyni şəkildə qızartdıqdan sonra, böyrək və isidilmiş bir boşqaba qoyub üstünə duz və istiot səpərək süfrəyə servis edin.



Qeyd: Qarnir olaraq qızardılmış pomidor və yaşıl istiotla bəzədilir. Yanında soğan, qarğıdalı yağı, süd və dəfnə yarpağından hazırlanan sous da verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!