Saxsı qabda göbələkli toyuq resepti

Saxsı qabda göbələkli toyuq resepti
Yeməklər
10.09.2017 11
Tərkibi:

Toyuq filesi.

Göbələk- 1 kq.

Holland pendiri -300 qr.

Soğan – 6 əd

Zeytun yağı .

Soya sousu -2 xq.

Duz ,istiot.

 

Hazırlanması:

Soğanı uzun-uzun doğrayıb qızardırıq.Göbələkləridə doğrayıb soğana əlavə edib qızardırıq.Toyuq filesinə duz , istiot vurub bir buğum qaynadırıq və qızartdığımız soğanla göbələyə əlavə edib qovururuq. Duz , istiot əlavə etmək yadınızdan çıxmasın. Bişənə yaxın soya sousunu əlavə edib qarışdırıb ocaqdan götürürük. Götürdükdən sonra saxsı qablara yığıb üstünə sürtkəcdən keçirdiyimiz holland pendirini səpib sobaya 220 *-də 15 dəq bişirib və soyumadan nuşi canlıqla yeyirik.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!