Sağlıqlı və ləzzətli süd şorbası resepti

Sağlıqlı və ləzzətli süd şorbası resepti
Yeməklər
10.09.2017 47
Tərkibi:

1 l süd,

100 q göbələk,

1yemək qaşığı un,

2 yemək qaşığı zeytun yağı,

1 çay qaşığı əzilməmiş istiot,

1 çay qaşığı duz,

200 ml su



Hazırlaması:

Qazanda 1 yemək qaşığı zeytun yağını qızdırın.

Ardından unu əlavə edib qovurun.

Unun iyi çəkiləndən sonra yavaşça südü və suyu əlavə edib, 8 – 10 dəqiqə qaynadın.

Süd qaynayana qədər göbələkləri yuyun. Yuyulmuş göbələklərin suyunu süzün.

Yuyulmuş göbələkləri kiçik –kiçik doğrayın.

Bir tavada 1 yemək qaşığı zeytun yağını qızdırın.

Qızdırmış olduğunuz yağın içinə doğradığınız göbələkləri əlavə edin.

Göbələkləri
yağda 2 – 3 dəqiqə qovurun .Qovurduğunuz göbələkləri də qazana əlavə
edin. Bir az qaynatdıqdan sonra istiot və duzunu da əlavə edin və 5
dəqiqə daha qaynadın.

İsti halda servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!