Karp (çəki) balığından uxa resepti - FOTO RESEPT

Karp (çəki) balığından uxa resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 25
Tərkibi:

karpın (sazan, çəki balığı) hisasələri - başı, quryuğu və digər

2 ədəd baş soğan

3 ədəd kök

4 ədəd kartof

5-8 ədəd cəfəri köakü

3-4 ədəd dəfnə yarpağı

5-8 ədəd qara istiot

limon

3 x/q darı yarması

100-150 qr cəfəri

100-150 qr şüyüd



Hazırlanması:

Bu
reseptdə uxa karp (sazan, çəki) balığı və darı yarması ilə hazırlanır,
lakin onun əvəzində siz düyüdəndə istifadə edə bilərsiniz. Olduqca dadlı
olan uxa şorbası qədim rus mətbəxinin yeməklərindəndir.



1. İlk olaraq ərzaqlar hazırlanır.



2.
Karp balığının başı və digər hissələri qazana yığılıb, yanına qabıqdan
təmizlənmiş baş soğan, kök, yuyulmuş cəfəri kökləri əlavə edilib və su
ilə doldurulub qaynayana qədər bərk oda qoyulur. Su qaynadıqda, qazın
odunu azaldıb, qazanın üzərində yaranmış köpüklər təmizlənir. Balığa
ədviyyatlar əlavə edilir: duz, dəfnə yarpağı və qara istiot. Əlavə
olaraq, balığın qoxusunu azaltmaq üçün, bir neçə dilim limon əlavə
edilir.



3. Balıq bulyonu hazır olana qədər, 20-30 dəqiqə bişirilir. Balıq bişdikdə, qazandan ehtiyyatla çıxarılıb boşqaba yerləşdirilir.



4. Balıq bulyonu süzgəcdən keçirilərək təzə qazana əlavə edilir. Soğan, kök və cəfəri kökü artıq lazım olmadığı üçün atılır.



5. Şorbanın əvvəlcədən doğranmış inqredientləri - kartof, kök və soğan bulyonlu su qaynadıqa qazana əlavə edilir.



6.
Uxa şorbasının hissələri bişənə qədər, balıqla məşğul olmaq olar:
balığın sümüklərini ayırmaq, baş hissəsini parçalayaraq əti ayırmaq.



7. Bulyondaki kartof 20-30 dəqiqəyə bişəndən sonra, qazana yuyulmuş və təmizlənmiş darı yarması əlavə edilir.



8. Hazır olana qədər, 15-20 dəqiqə bişirilir. Hazır olduqda, odu söndürüb üzərinə xırda doğranmış göyəri əlavə edilir.



9. Süfrəni hazırlana qədər və çörək doğrana qədər uxa şorbası birazda özünü tutar.



10. Boşqaba şorbadan töküb, üzərinə balıq ətindən qoyulur.

































































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!