Borş tutma kələmdən (Şi) resepti - FOTO RESEPT

Borş tutma kələmdən (Şi) resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 11
Tərkibi:

yağlı sümüklü mal əti

1 ədəd baş soğan

8 ədəd kartof

2 ədəd kök

500 qr tutma kələm

cəfəri

keşniş



Hazırlanması:

1. İnqredientlər hazırlanır.

2.
Sümüklü mal əti bir qazanda qaynadılır. Qaynadılarkan qazana
təmizlənmiş, yarı doğranmış baş soğan əlavə edilir və bir çimdik duz
tökülür.

3. Hazır olduqda ətlər sümüklərindən ayrılır, bulyon isə süzgəcdən keçirilib digər qazana əlavə edilir.

4.
Tərəvəzlər təmizlənir və doğranılır. Kök uzunsov formada, soğan xırda
kubiklər formasında, kartofun bir hissəsi xırda kubiklər şəklində, bir
hissəsi isə doğranmamış saxlanılır.

5. Qaynayan mal bulyonun üzərinə doğranmış tərəvəzlər əlavə edilir: kök, soğan, kartof və həmçinin doğranmamış kartoflar.

6.
Kartof hazır olana qədər, 30 dəqiqə ərzində bişirilir. İri kartoflar
bişdikdə onları çıxarıb çəngəl ilə əzib bulyona əlavə edirik. Bu cür
püre yeməyə əlavə gözəl dad verəcək və bir qədər şorbanı qatılaşdıracaq.

7. Şorbaya tutma kələm əlavə edilir.

8. Kələm yumşalana qədər, 20-30 dəqiqə bişirilir.

9. Bu müddət ərzində göyərtilər doğranılır. Qatıq (xama) və ətlər hazırlanır.

10. Zövqə görə göyərtini şorbaya qazanda əlavə etmək olar və ya artıq boşqaba tökərkən.

11. Üzərinə qatıq və doğranmış göyərti əlavə edib süfrəyə vermək olar.





















































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!