Tənbəl düşbərə resepti - FOTO RESEPT

Tənbəl düşbərə resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 23
Tərkibi:

Düşbərə xəmiri

qiymə

göyərti (keşniş, şüyüd)

duz

istiot

toyuq bulyonu



Hazırlanması:

Saytımızda
düşbərə resepti ilə bölüşmüşdük, bu isə tənbəl düşbərədir. Niyə məhz
tənbəl? Çünkü düşbərəni büküb hazırlama hissəsi əlnən deyil, xüsusi
düşbərə aləti ilə görülür. Və beləliklə vaxta və insan zəhmətinə qənaət
edilir.

Xəmirin
hazırlanması adi düşbərə reseptində yazdığımız qaydada aparılır. Qiymə
barəsində həmçinin saytımızda qeyd edilib. Ona görə keçirik əsas
hissəyə.

1. İnqredientlər.

2.
Nazik lay xəmir yayılır və düşbərə alətinin üzərinə sərilərək üstündən
oxlovla keçilir. Xəmirin üzərinə, alətin dəliklər hissəsinə qiymələr
əlavə edilir.

3. Üzərinə ikinci lay xəmir sərilərək üstündən oxlovla keçilir.

4. Qıraqdaki xəmir ayrılıb götürülür, alət çevrilir və düşbərələr taxtanın üzərinə düşür.

5.
Toyuq bulyonu qaynadılır, üzərinə düşbərələr əlavə edilir bə 15 dəqiqə
bişirilir. Düşbərələr əlavə edildikdə bulyona zövqə xırda doğranmış
şüyüd də əlavə etmək olar.

6. Hazır edildikdə bulyonla birgə boşqablara verilir.

































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!