Küftə-bozbaş toyuq bulyonunda resepti - FOTO RESEPT

Küftə-bozbaş toyuq bulyonunda resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 22
Tərkibi:

800 qr - 1 kq mal ətindən qiymə

1 ədəd yumurta

qurudulmuş və təzə alça

kartof

baş soğan

1 stəkan noxud

düyü

sarıkök

duz

istiot



Hazırlanması:

Saytımızda
artıq küftə-bozbaş resepti ilə sizinlə paylaşmışıq. Bu resept isə
adından bəlli olduğu kimi bir qədər tərkibi və hazırlanması ilə ondan
fərqlənir.



1. İnqredientlər hazırlanır.

2. Toyuq bulyonu qaynadılır. Qaynayan bulyona qabığı təmizlənmiş bütöv kartoflar atılır.

3. Soğanın biri xırda doğranıb kartofla birgə bulyona əlavə edilir.

4.
Soğanla kartof bişənə qədər qiymə ilə məşğul olmaq olar. Qiymə
hazırlamaq üçün ətlə soğan ət-çəkən maşından keçirdilir, sonra ona digər
inqredientlər qatılır. Duz, istiot vurulur. Bir qədər düyü və bir ədəd
yumurta əlavə edilir.

5. Alınmış qiymədən, içinə 2-3 ədəd qurudulmuş alça qoymaqla iri küftələr hazırlanır.

6.
Küftələrlə məşğul olduğumuz müddətdə kartoflar artıq hazır olmuşlar və
bulyona ət kündələrini əlavə etmək olar. Əlavə 20 dəqiqə bişirəndən
sonra bulyona noxud və təzə alçalar əlavə edilir. Noxudlar əvvəlcədən 1
gün islaqda saxlanmalı və bulyona əlavə eməzdən əvvəl bişirilməlidir.

7. Daha 10 dəqiqə bişdikdən sonra sarıkök əlavə edilir.

8. Təqribən 5-7 dəqiqədən sonra küftə-bozbaş hazır olur.

9. Süfrəyə verərkən üzərinə xırda doğranmış keşniş də səpmək olar.













































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!