Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 30
Tərkibi:

300 qr qiymə

200 qr ərişdə

100 qr "qaragöz" lobya

1 ədəd baş soğan

150 qr kərə yağı

2-3 ədəd alça qurusu

zövqə görə nanə

duz

sarıkök



Hazırlanması:

1. Lobya qazana əlavə edilir, yuyulur və bişənə qədər qaynadılır.

2. Soğan xırda doğranılır.

3. Kərə yağında soğan qızılı rəng alana qədər qızardılır.

4. Bu arada alça quruları yuyulub hazırlanır.

5. Lobyanın hazır olmasına biraz qalmış üzərinə qızardılmış soğan və 2-3 ədəd yuyulmuş alça qurusu əlavə edilir.

6. Qiymədən xırda ölçüdə küftələr hazırlanır.

7. Küftələr şorbaya əlavə edilir.

8.
Ərişdə hazırlanır və şorbaya əlavə edilir. Ərişdəni hazır halda
mağazadan ala bilərsiniz və ya özünüz mayasız xəmirdən asanlıqla
hazırlaya bilərsiniz.

9. Ardınca şorbaya sarıkök və duz əlavə edilərək 1-2 dəqiqə qarışdırılır.

10. Bu arada nanə qurusu hazırlanır.

11. Şorbaya ərişdə əlavə ediləndən təqribən 15 dəqiqə sonra, xəmir bişdikdə yemək qazdan götürülür.

12. Şorbanın üzərinə zövqə görə qurudulmuş nanə əlavə edilərək qarışdırılır.

13. Süfrəyə verilərkən sirkə-sarımsaqdan istifadə etmək olar.





























































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!