Ətli lobya şorbası resepti - FOTO RESEPT

Ətli lobya şorbası resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 21
Tərkibi:

qoyun əti (sümüklü tikələr)

lobya dənələri

2 ədəd baş soğan

2 ədəd kartof

2 ədəd kök

2 x/q tomat pastası

şüyüd

keşniş

duz



Hazırlanması:

1. İlk olaraq lobya 12 saatlıq islağa qoyulur.

2. Beləliklə 12 saatdan sonra lobyanın tərkibinə suyun hopması ilə həcmi artır.

3.
Qazana 1 ədəd doğranmamış baş soğan əlavə edilir və sümüklü qoyun əti
qaynadılır. Bişdikdə ətlər bulyondan çıxarılaraq sümükdən ayrılır.

4. Lobyalar boş qazana əlavə edilir, üzərinə bulyon tökərək 30 dəqiqəlik bişirilir.

5. Bu arada tərəvəzlər təmizlənir və hazırlanır

6. Soğan xırda doğranılır, kartof bir qədər iri kubiklər şəklində, kök isə uzunsov formada doğranılır.

7. Digər qazanda qoyun bulyonu qaynadılır.

8. Qaynayan bulyona doğranmış tərəvəzlər əlavə edilir.

9. Daima qarışdıraraq az odda təqribən 30 dəqiqə qaynadılır.

10. Tərəvəzlər hazır olduqda növbəti addıma keçmək olar. Digər qazanda hazır olan lobyalar tərəvəzlər olan şorbaya əlavə edilir.

11. Bir dəfə qarışdırıb, 30 dəqiqə ərzində az odda qaynadılır.

12. Tomat pastası bir qıraqda bulyonla qarışdırılıb şorbaya əlavə edilir.

13. Ardınca şorbaya bir az əvvəl sümükdən ayrılmış ət parçaları əlavə edilir.

14. Təqribən 5 dəqiqə şorba bişirilir.

15. Nəhayət şorba hazırdır. İsti-isti boşqablara əlavə edilir.

16. Süfrəyə verərkən üzərinə xırda doğranmış göyərti əlavə edib yanında isə müxtəlif tutma vermək olar.

































































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!