Borş resepti - FOTO RESEPT

Borş resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 15
Tərkibi:

1kq sümüklü mal əti

1ədəd balaca ölçüdə kələm

2-3 ədəd orta ölçüdə çuğundur

3 ədəd orta ölçüdə kök

2 ədəd soğan

3-4 ədəd kartof

yarım dəstə cəfəri

1 ç/q tomat pastası

kərə yağı

2-3 ədəd dəfnə yarpağı

1-2 diş sarımsaq

duz



Hazırlanması:

1.
Ət doğranılır, yaxşı yuyulur bişənə kimi qaynadılır. Qaynadılan zaman
üzərinə ətin köpüyü yığıldıqda qaşıqla götürmək lazımdı.

2. Kələm doğranılır.Kök, çuğundurun qabığı təmizlənib sürtgəcdən keçirilir hamısı bir qaba tökülür.

3. Sarımsaq doğranılır, dəfnə yarpağı yuyulub kələm, kök tökülən qaba tökülür.

4. Soğan doğranılır yağda qızardılır. Üzərinə tomat pastası tökülüb biraz qızardılır.

5. Kartofun qabığı soyulur, kub şəklində doğranılır.

6. Ət bişdikdə ətin suyunu süzgəcdən keçirdilir ki xırda sümüklər təmizlənsin.

7. Ətin üzərinə kələm, kök, çuğundur, dəfnə yarpağı, sarımsaq, tomatlı soğan, kartof tökülür. Zövqə görə duz vurulur.

8. Yeməyin kartofu bişdikdə yemək qazdan götürülür, üzərinə xırda doğranılmış cəfəri tökülür.

9. Borşu yeyərkən xama, mayonez və ya qatıqdan istifadə etmək olar.





















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!