Kənd çolpasından şorba resepti - FOTO RESEPT

Kənd çolpasından şorba resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 14
Tərkibi:

5-6 tikə kənd çolpası

125 qr yumru düyü

2 ədəd kiçik kartof

1 ədəd soğan

100 qr kərər yağı

keşniş

şüyüd

sarıkök

duz



Hazırlanması:

1. İnqridientlər hazırlanır.

2. Çolpa hissələri yuyulur, üzərinə su əlavə olunur.

3. Qazan qaza qoyulur. Çolpanın bişməyinə az qalmış qazdan götürülür.

4. Qazanın suyu qızdıqca suyun üzərinə ətin köpüyü yığılacaq. Köpük qaşıqla yığılıb atılır.

5. Çolpa bişənə kimi soğan xırda kub şəklində doğranılır.

6. Yemək bişirilən qazana yağ və doğranılmış soğan əlavə olunur, soğanın rəngi dəyişənə kimi qızardılır.

7. Soğanın rəngi qızılı-sarı olduqda çolpa hissələri və suyu qazana əlavə olunur.

8. Kartof kub şəklində doğranılır yeməyə əlavə olunur.

9. Şorba qaynadıqda düyü yuyulub yeməyə əlavə olunur.

10. Zövqə görə duz əlavə olunur.

11. Şorbanın daha da ətirli və rənginin gözəl olması üçün az miqdarda sarıkök əlavə olunur.

12. Keşniş, şüyüd xırda doğranılır.

13. Şorbanın düyüsü, kartofu bişdikdə qazdan götürülür. Süfrəyə verilərkən üzərinə doğranılmış göyərti səpilir.

























































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!