Qırmızı mərci şorbası resepti - FOTO RESEPT

Qırmızı mərci şorbası resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 40
Tərkibi:

1 stəkan qırmızı mərci

1 ədəd baş soğan

1 ədəd kök

1 ədəd kartof

1/2 ç/q tomat pastası

1/2 ç/q bibər pastası

1.5 litr su

zeytun yağı

nanə

limon

duz



Hazırlanması:

1. Mərci yaxşı yuyulur. Kartof və kök yuyulub təmizlənir, xırda kubiklər formasında doğranılır. Hamısı bir qazana əlavə edilir.

2. Ərzaqların üzərinə su doldurularaq bişənə qədər (təqribi 1 saat yarım, mərci bişənə qədər) qaynadılır.

3. Soğan təmizlənir və xırda doğranılır. Tavaya yağ və doğranmış soğan əlavə edilərək qızardılır.

4. Soğan bir qədər qızardıqda, tavaya tomat və bibər pastası əlavə edilir.

5. Qızarandan sonra soğan qazandakı mərcinin üzərinə əlavə edilir və ərzaqlar tam həll edilənə qədər blenderdən keçirilir.

6. Blenderdən keçiriləndən sonra şorbaya duz əlavə edilir və yenidən 10 dəqiqə qaynadılır.

7.
Artıq süfrəyə verilə bilər. Zövqə görə mərcini quru nanə və limonla
yemək olar. Bu üsulla bişirilən mərcinin dadı fərqli və daha dadlı
alınır.





































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!