Pomidor şorbası resepti

Pomidor şorbası resepti
Yeməklər
10.09.2017 27
Tərkibi:

3 xörək qaşığı kərə yağı

2 xörək qaşığı un

2 xörək qaşığı tomat pastası

6 iri yetişmiş pomidor – sürtkəcdən keçirin, yaxud blenderlə püre edin

Duz, istiot

Bir çimdik şirin bibər tozu (paprika; mütləq deyil)

4-5 stəkan su

Pendir (bunlardan biri ola bilər – kaşar pendiri, Holland pendiri, mozarella pendiri) – sürtkəcdən keçirin



Hazırlanması:

Orta ölçülü tavada kərə yağını əridin. Unu əlavə edib 1-2 dəqiqə qarışdıra-qarışdıra azacıq qızardın.

pomidor shorbasi4

Tomat pastasını əlavə edib bir dəqiqə də bişirin.

pomidor shorbasi5

Pomidoru
əlavə edib 2 dəqiqə tez-tez qarışdıra-qarışdıra bişirin. Zövqə görə
duz, istiot, və istəyə görə bibər tozu əlavə edib qarışdırın. Pomidoru
sürtkəcin iri gözündən keçiribsinizsə və şorbada iri-iri qalıbsa,
kütləni blenderdə püre edib qazana geri tökün. Su əlavə edib şorba bir
qədər qatışanadək, təxminən 10 dəqiqə bişirin. Şorba çox qatıdırsa, ona
biraz qaynar su əlavə edə bilərsiniz.

Hazır şorbanı kasalara doldurun. Üstünə bol pendir səpib süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!