Körrili balqabaq şorbası resepti

Körrili balqabaq şorbası resepti
Yeməklər
10.09.2017 14
Tərkibi:

1 kq balqabaq, uzununa ortadan bölünmüş, qabığı soyulmuş, tumları çıxarılmış və orta ölçüdə doğranmış

2 xörək qaşığı zeytun yağı

2 yaşıl turşməzə alma (hər biri təxminən 170 qram), ortadan uzununa yarı bölünmüş və tumları çıxarılmış

4 xörək qaşığı zeytun yağı, yaxud kərə yağı, soğanı qovurmaq üçün

1 orta boylu soğan, incə doğranmış (təxminən 1 stəkan)

4 stəkan evdə hazırlanmış toyuq bulyonu, yaxud orqanik toyuq bulyonu konservi (su ilə də əvəz etmək olar)

3/4 stəkan yağlı qaymaq

Bir çimdik muskat cevizi

Bir çimdik körri tozu (miqdarı zövqə görə seçin)

Duz

İstiot

Doğranmış göy soğan, üstünə səpmək üçün (əlinizin altında olan hər hansı başqa göyərti ilə əvəz edə bilərsiniz)



Hazırlanması:

Sobanı 175ºC-yə qədər qızdırın.

Balqabağı
iri bir soba listinə yerləşdirin. Üzərinə zeytun yağı çiləyib əlinizlə
qarışdırın ki, balqabaq kubları yağla örtülsün. Kubları listin üzərində
bir qat yayın. (Yaxud da siz balqabağı orta boylu bir cəmin içində
yağlayıb listin üzərinə yerləşdirə bilərsiniz.) Almaları kəsik hissəsi
aşağı olmaqla həmin listə düzün. Təqribən 30 dəqiqə, yaxud həm balqabaq,
həm də almalar çəngəl rahat batan yumşaqlığa çatana qədər bişirin.
Nəzərə alın ki, istəsəniz almaları sobadan bir az tez də götürə
bilərsiniz, çünki alma daha tez bişir. Əgər alma tam əzilsə narahat
olmayın – siz onsuz da onun mətini püre halına salacaqsınız.

Balqabaq
və alma sobada bişənə qədər ayrıca orta ölçülü tavada yağı orta
istilikdə qızdırın. Soğanı əlavə edib vaxtaşırı qarışdıraraq, qızılı
rəng alana qədər, təqribən 10 dəqiqə bişirin. Ocaqdan götürün.

Bişmiş
almaların mətini çıxarın, qabığını isə atın. Bişmiş balqabağı, alma
mətini və soğanı qızardığı yağla birlikdə prosessora yerləşdirin və
maşını eynicinsli narın püre alınana qədər işlədin.

Püreni
orta ölçülü bir qazana tökün. Toyuq bulyonu, yağlı qaymaq, muskat
cevizi və körri tozunu əlavə edin. Orta istilikdə qaynama həddinə
çatdırın, sonra istiliyi azaldıb şorbanı vam ocaqda təxminən 10 dəqiqə
bişirin. Zövqə görə duz və istiot vurun. Əgər şorba sizə görə çox
qatıdırsa ona bir az da bulyon, yaxud su əlavə edib yenidən qaynadın.
Çömçə ilə dərin boşqablara çəkib üzərinə göy soğan səpin və süfrəyə
verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!