Toyuq filesi ilə qabaq ruletləri resepti - FOTO RESEPT

Toyuq filesi ilə qabaq ruletləri resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 9
Tərkibi:

2 ədəd qabaq

1 ədəd toyuq filesi

50 qr. hər hansı bərk pendir

2 diş sarımsaq

Duz, istiot

Bir neçə yarpaq reyhan

Hazır sous (acı olmayan)

Duru yağ



Hazırlanması:

Qabaqları yuyub 0.5 sm qalınlığında dilimlərə bölürük. Soba nimçəsinə perqament kağızı qoyub qabaqları üzərinə düzürük. Üzərlərinə bir az bitki yağı çəkib duz, istiot vururuq.  180C dərəcə qızdırılmış sobada 5-7 dəqiqə saxlayırıq.



Toyuq filesini nazik nazik uzununa doğrayırıq, bir az döyürük və duz istiotunu vururuq.  Döyülmüş toyuq filesini hazır qabaq dilimlərinin üzərinə düzürük, üstünə pendir səpirik, pendirin üstündən reyhan düzüb sousu əlavə edirik.



Rulet şəklində büküb açılmaması üçün ortasına diş çöpü batırırq. 180C dərəcədə 25 dəqiqə bişirirk.



Ət sevməyənlər zövqlərinə uyğun  bu ruleti istəklərinə uyğun  pomidor, göbələk və s. hazırlaya bilərlər.

















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!