Dadlı badımcan burqer resepti

Dadlı badımcan burqer resepti
Yeməklər
10.09.2017 18
Tərkibi:

2-3 ədəd orta ölçüdə badımcan

6-7 ədəd iri pomidor

300-350 qr. mosarella pendiri

1 dəstə təzə reyhan

zeytun yağı

duz, istiot

 

Hazırlanması:

Yuyulmuş badımcanları 1 sm qalınlığında halqalara doğrayıb duzlayın və 1-2 saat acı suyunun çıxması üçün gözləyin.

Reyhanları yuyub yaxşıca blenderdən keçirin , duz və zeytun yağı ilə bir yerdə, istəsəniz zövqə görə sarımsaq da vura bilərsiniz.



Acı suyunu buraxmış badımcanları salfet ilə silib qızardın. Qızarmış hər badımcanı perqament kağızı sərilmiş soba nimçəsinə düzün, hazırladığınız reyhan əzməsini üzərinə çəkin, pendir qoyun və digər halqa badımcanı da reyhan əzməsinə salıb üzərinə qoyun.

180-200C dərəcədə qızmış sobada bir neçə dəqiqə saxlayın, pendir tam əriməmiş çıxarın. Hazır burqerləri xırda doğranıb zeytun yağı, duz və zövqə görə ədviyyatlarla qarışdırılmış pomidor ilə servis edə bilərsiniz.

Bu cür yemək öz gözəl görünüşü və asan hazırlanması ilə yanaşı, sizin bədən quruluşunuza da gözəl hədiyyə olacaq. Çünki onun tərkibi az kalorili, ancaq çox xeyirlidir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!