İrəvan kətəsi resepti

İrəvan kətəsi resepti
Yeməklər
10.09.2017 15
Tərkibi:

Xəmiri üçün:


1,5 kq un,

800 q yağ,

1 l qatıq,

1 çay qaşığı soda,



İçi üçün:

200q yağ,

1 stəkan un,

1kq şəkər tozu,



Hazırlanması:

1.5 kq unu 800 qr yağla ovun.

İçinə 1 tomat bankası qatıq və bir azca da soda əlavə edib xəmir yoğrun.

İçini hazırlamaq üçün:

200qr yag, 1stəkan un, 1kq şəkər tozunu qatıb ovxalayaraq içlik hazırlayın.

Yoğurduğunuz xəmiri 4 kündəyə ayırın. Kündənin hər birini unsuz uzun şəkildə yayın.

Eni 20 sm olmaq şərtiylə, yaydığınız yuxanın arasına düzəltdiyiniz için 1/4-ni töküb xəmirin üzərinə yayıb oxlova bükün.

Sonra oxlovdan çıxarıb fiqurlu bıçaqla kəsin.

Üstünü yumurtalayıb 180 dərəcə qızdırılmış fırında bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!