Balqabaqlı və almalı qaraciyər resepti - FOTO RESEPT

Balqabaqlı və almalı qaraciyər resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 30
Tərkibi:

500 qr toyuq qaraciyəri

230 qr balqabaq (boranı)

250 qr alma

15 ədəd qırmızı istiout (noxudu)

65 ml quru ağ çaxır

2 ədəd darçın çubuğu

5-6 x/q bitki yağı

1 ç/q duz

1/4 ç/q əzilmiş qara istiot



Hazırlanması:

1. Tavaya biraz bitki yağı əlavə edilir.



2. Əvvəlcədən yuyulub, təmizlənib və iri doğranmış toyuğun qaraciyəri tavaya düzülür.



3. Suyu tam buxarlanana qədər qızardılır və biraz duzlanır.



4.
Digər tavada, bağlı qapaq altında, kubik şəklində doğranmış balqabaq
yağda qızardılır. Əgər balqabağın biraz yumşaq alınmasını istəyirsinizsə
bir qaşıq su əlavə edə bilərsiniz.



5.
Balqabağın yanına eyni ölçüdə doğranmış alma, qırmızı (noxud boyda)
istiot və 2 çubuq darçın əlavə edilir. Duz və istiot əlavə edilir. Quru
ağ çaxır əlavə edilir və qarışdırılır.



6. Çaxır tam buxarlanandan sonra qızardılmış qaraciyər əlavə edilir.



7. Qarışdırılıb bir qədər tavada saxlanılandan sonra süfrəyə verilir.



8. Belə bir yemək payız axşamında sizi isidib, əhvalınızı qaldırar. Mütləq yoxlayıb bişirin!



































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!