Fransız şirniyyatı madelines resepti

Fransız şirniyyatı madelines resepti
Yeməklər
10.09.2017 14
Tərkibi:

100 qram kərə yağı

30 qram bal

60 ml süd

3 ədəd yumurta

130 qram şəkər

150 qram un

10 qram qabartma tozu

Vanil

1 limonun qabığnın rəndəsi

Pudra şəkər



Hazırlaması:

1.
Bir qazana kərə yağı, bal və süd qoyulur. Ocaqda vam odda kərə yağ və
bal süddə əriyib qarışana qədər isidilir. Qalnamadan ocağın üzərindən
götürülür.

2. Duxovkanı 200 dərəcəyə isidilir.

3. Qəliblər yaxşıca yağlanır, unlanır və soyuducuya soyumağa qoyulur.

4. Ayrı bir qabda şəkər, yumurta, vanil, limon qabığı rəndəsi bir birinə yaxşıca qarışdırılır.

5. Qarışığın üzərinə un və qabartma tozu əlavə edilir, yumşaqca qarışdırılır.

6. İlıq kərəyağlı, ballı süd qarışığı unlu qarışığın üzərinə yavaşca, bir neçə dəfədə əlavə edilərək qarışdırılır.

7.
Soyuducuda soyuyan qəliblər çıxardılır. Bir qaşıq vasitəsi ilə qarışıq
bu qəlibin dörddə üçü doldurulur. Tam doldurulmur, çünki bişəndə
qabaracaq.

8. Duxovkanın temperaturu 160 dərəcəyə endirilir. Qəliblər duxovkaya yerləşdirilir, nəzarət altında 8 dəqiqə bişirilir.

9. Sonra temperatur 150 dərəcəyə endirilir və 5 dəqiqə də bu temperaturda bişirilir.

10. Duxovkadan çıxardıldıqdan sonra bir izqaranın üzərinə qoyulur və soyuması gözlənilir.

11. Tək tərəfinə pudra şəkəri səpilir və servis edilir.

12. Bu yumşaq və islaq pirojna günün hər saatında ləzzətlə yeyilir. Yanında da bir armudu stəkan çayla ləzzətinə doyum olmur.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!