Lahmacun + ayran resepti - FOTO RESEPT

Lahmacun + ayran resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 74
Tərkibi:

Xəmiri Üçün:


1 xörək qaşığı quru maya

1 çay qaşığı şəkər tozu

1 3/4 stəkan ilıq su

4 stəkan əla növ un

2 çay qaşığı duz



Üstü Üçün:

225 q çəkilmiş qoyun əti

1 ədəd kiçik soğan – xırda-xırda doğranmış (1/2 stəkan)

3 ədəd yetişmiş pomidor – qabığı soyulmuş, sıxılaraq dənəsi çıxarılmış və xırda-xırda doğranmış (1stəkan)

3/4 stəkan xırda-xırda doğranmış cəfəri

3 diş xırda-xırda doğranmış sarımsaq

1 xörək qaşığı acı qırmızı bibər tozu

2 çay qaşığı şirin qırmızı bibər tozu (paprika)

duz

4 xörək qaşığı soyuq su



Süfrəyə Vermək Üçün:

cəfəri

limon

ayran (resept aşağıda)



Hazırlanması:

Əvvəcə
xəmiri hazırlayın. Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya
həll olana qədər qarışdırın. Qoyun isti yerdə 10 dəqiqə, üstü
köpüklənənədək qalsın. 1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı
qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü sellofanla örtüb 30
qədiqəlik isti yerə qoyun ki, qarışıq gəlsin və süngər (qubka) kimi
olsun. Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan 1
1/4stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın.

Xəmiri
10 dəqiqə ərzində yoğurun. Hazır xəmir elastik olmalı və ələ
yapışmamalıdır. Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtün. 1 saatlıq
isti yerə qoyun ki, xəmir gəlsin.

İçi hazırlayın. Bunun üçün içə ayrılan ərzaqları bir qaba qoyub, yaxşı qarışanadək yoğurun.

Sobanı 230Cdək qızdırın. İri dəyaz formanı tərs çevirin (şəkilə bax) və üstünü bir az unlayın. Kənara qoyun.

Gəlmiş
xəmiri bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil
verin. İti bıcaqla 8 hissəyə bölün. Hissələri kündələyib ovcunuzla
üstlərinə basaraq, bir az yastıladın. Sonra isə bu kündələrin üstünü
sellofan və ya dəsmalla örtüb, 20 dəqiqəlik isti yerə qoyun ki,
dincəlsinlər.

Sonra
isə kündələrin birini unlanmış yerdə 25 sm-lik çox nazik dairə əldə
edənədək oxlovla açın və unlanmış formaya qoyun. Dairənin üstünə içdən
yayın. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə
bişirin. Bişən lahmacunu sobadan çıxardan kimi, kənarlarındakı xəmirə
yağ sürtün (bu, kənarlarını yumuşaldacaq). Bir lahmacun bişənədək, digər
kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti
süfrəyə verin. Üstünə limon sıxıb, cəfəri qoyub yeyin. Süfrəyə ayran da
verilir.

Bu da mənim ayran reseptim.



AYRAN

Tərkibi:


4 stəkan qatıq

4 stəkan soyuq su

duz



Hazırlanması:

Ərzaqları
üstü köpüklənənədək çalın. Əgər qatığınız suludursa, suyun miqdarını az
edin. Yox əgər çox qatıdırsa, onda suyu çoxaldın.





























Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!