Yumşaq ispanaqlı börək resepti

Yumşaq ispanaqlı börək resepti
Yeməklər
10.09.2017 9
Tərkibi:

İspanaqlı içlik üçün:


5 xörək qaşığı zeytun yağı

1 baş soğan, soyulmuş və doğranmış (çox da xırda yox)

Təqribən 400 qram körpə ispanaq yarpaqları, yaxşıca yuyulmuş, qurudulmuş və iri doğranmış

Duz və istiot



Qatıqlı qarışıq üçün:

2 stəkan qatıq

3/4 stəkan zeytun yağı

1 yumurta + 1 yumurta ağı (sarısı üstünə çəkmək üçündür)



Qatlar üçün:

3 iri yufka (yuxa) (1 paketdə adətən 3-5 türk yufka yuxası olur, adi nazik yuxadan da istifadə bilərsiniz)



Üstü üçün:

1 yumrta sarısı

Çörəkotu, yaxud küncüt



Hazırlanması:

İçliyi
hazırlayın: İri tavada zeytun yağını qızdırın. Soğan əlavə edib
vaxtaşırı qarışdıraraq, rəngi dəyişməyə başlayanadək, təxminən 10 dəqiqə
bişirin. İspanaq yarpaqlarını əlavə edin, təqribən 10 dəqiqə, vaxtaşırı
qarışdıraraq bişirin. Suyu tamamilə buxarlanmalı, yalnız yağ qalmalı.
Duz və istiot vurun. Odun üstündən götürüb kənara qoyun.

Qatıqlı
məhlulu hazırlayın: Orta boylu dərin qabda qatıq qarışımı üçün olan
bütün ərzaqları qarışdırın. Yaxşı qarışması üçün qarışığı yüngülcə
çalın. Kənara qoyun.

Sobanı hazırlayın: Sobanı 200 dərəcəyədək qızdırın.

Börəyi
düzəldin: 33 x 23 x 5 sm ölçülü qabı (mən Pyrex qabından istifadə
edirəm) azca yağlayın. Birinci yufkanı qaba elə döşəyin ki, kənarları
qabdan çıxsın (daha yaxşı olar ki, kənara çıxan tərəflərdən biri o
birindən böyük olsun ki, axırda bütün börəyin üstünü tam örtsün). Üstünə
bərabər qaydada 5-6 xörək qaşığı qatıqlı qarışıqdan qoyun və yayın.
İkinci yufkadan qabın içinə tam yerləşəcək qədər iri bir tikə kəsin. Və
onu kənarda saxlayın.

Yufkanın
qalan hissəsini isə əlinizlə büzüşdürərək üstü qatıqla isladılmış
birinci yufkanın üzərinə yayın. Yenə də üstünə bir neçə xörək qaşığı
qatıq qarışımı qoyub yayın. İndi isə içliyi bərabər qaydada bu qatın
üzərinə yayın. İçliyin üstündən bir az əvvəl kəsib saxladığınız iri
yufka tikəsini elə yerləşdirin ki, içliyin üstünü tamamilə örtsün. Bu
qatın da üzərinə bir az qatıq qarışımı sürtün.

Sonuncu
yufkanı da əlinizlə büzüşdürüb bu qatın üzərinə döşəyin. Əlimizdə olan
qatıq qarışımından bir neçə qaşıq (börəyin üstü üçün) saxlamaqla qalan
hissəsini bu qatın üzərinə sürtün. Qabdan sallanan yufka kənarlarını
börəyin üzərinə gətirin və üstünü tam örtəcək şəkildə döşəyin.

Börəyin
üstü tamamlayın: Yumurta sarısını qalan qatıq qarışığına əlavə edib
qarışdırın. Hazırladığınız yumurtalı qarışığı börəyin üzərinə sürtün.
Üzərinə küncüt, yaxud çörəkotu səpin.

Börəyi
bişirin: Sobanın orta gözündə üzəri qızılı rəng alana qədər, 35-40
dəqiqə bişirin. Sobadan çıxarıb təxminən 15 dəqiqəliyinə soyumaq üçün
kənara qoyun. 15 kvadrat hissəyə bölün. Süfrəyə vermək üçün bir buludun,
yaxud iri boşqabın içinə yığın. Bu börək süfrəyə bir az ilıq halda
veriləndə daha dadlı olur, amma tam soyumuş halda da gözəldir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!