Türk paxlavası resepti

Türk paxlavası resepti
Yeməklər
10.09.2017 13
Tərkibi:

Şirə üçün:


4 fincan su

5 fincan şəkər tozu

2 xörək qaşığı limon şirəsi



İçlik üçün:

3 fincan

2 xörək qaşığı şəkər tozu



Yağlamaq üçün:

1 fincan yarım duzsuz ərinmiş (resept aşağıda verilir) və ya əridilmiş kərə yağı

Həmçinin, hərəsinin içində 20-22 nazik qat olan 2 paket xəmir lazımdır.



Hazırlanması:

Birinci
olaraq şirə hazırlanır: Su ilə şəkər tozu orta ölçülü qazanda
qarışdırılır, 5 dəqiqə qaynadılır. Sonra odun dərəcəsi azaldılır və ağzı
açıq şəkildə, təxminən 10 dəqiqə aşağı dərəcədə qaynadılır. Rəngi açıq
sarıya çalanda şirə hazır hesab olunur. Üzərinə limon şirəsi əlavə edib
qarışdırılır və soyumağa qoyulur.

Sonra
içlik hazırlanır. Qoz maşından keçirilir, orta ölçüdə xırdalanır. Qoz
çox xırda olmamalıdır, paxlavanı yeyərkən xırçıldamalıdır. Xırdalanmış
qoz şəkər tozu ilə qarışdırılır. Hazır içlik kənara qoyulur.

30*40*3 sm ölçülü listin içərisinə əridilmiş yağ çəkilir. Soba 190C dərəcəsində qızdırılır.

Birinci
qat xəmir ehmalca listin dibinə yerləşdirilir. Xəmir kövrək olduğu üçün
ehtiyatlı olmaq lazımdır. Kiçik deşiklər əmələ gələrsə narahat olmağa
dəyməz. Birinci qatın üzəri əridilmiş yağla bütöv şəkildə yağlanır
(təxminən 2 xörək qaşığı). Bir paketin içindəki qat-qat xəmir bir-birini
üzərinə yağlanaraq düzülür.

İçlik
üst qatın üzərinə bərabər şəkildə səpilib yayılır. Növbəti qat
yerləşdirilərkən xəmirə yapışsın deyə içliyin üzərinə azca su çilənir.

İkinci
paket xəmirlərin hər birini içliyin üzərinə qat-qat şəkildə yağlayıb
yerləşdirmək lazımdır. Sonuncu qatı və xəmirin kənarlarını da əridilmiş
yağla yağlamaq lazımdır.

Qaynar
suya salınmış iti kəsici bıçaqla paxlava xəmiri uzununa (üfüqi) 6
paralel zolaq şəklində kəsilir. Sonra isə şaqüli istiqamətdə 12 paralel
zolaq şəklində, dördbucaq paxlava forması verilməklə kəsilir. Təbii
ki,paxlavanın ölçüsünü zövqə görə vermək olar. Əgər bir qədər iri
formada istəsəniz zolaqların sayını az edə bilərsiz. Həmçinin romb
formasınıda da kəsə bilərsiz.

Paxlava
sobanın orta gözündə yarım saat bişirilir. Sonra istilik dərəcəsi
160C-ə qədər azaldılır və daha yarım saat, üzəri azacıq qızarana kimi
bişməyə qoyulur.

Paxlava
sobadan çıxarılır, təxminən 10 dəqiqə otaq tempraturunda saxlanılır.
Bişmiş paxlava yenidən zolaqların üzəri ilə axıra qədər (xəmirin
dibinədək) bıçaqla kəsilir, kəsilmiş bütün zolaq-xətlərin üzərinə soyuq
şirə tökülür. Tamami ilə soyuması üçün bir kənara qoyulur. Paxlavalar
otaq tempraturunda süfrəyə verilir. Quru və sərin yerdə paxlavaları bir
həftə saxlamaq olar.

Ərinmiş Kərə Yağı

Nəzərə alın ki, kərə yağı ərinmiş vəziyyətə düşdüyündə onun ilkin miqdarı 25% azalır.

Yağı
əritmək üçün qalın qazana yağ tikələri əlavə olunur, aşağı dərəcəli
odda əridilir. Üzərinə köpük çıxanadək azca qaynara qoyulur. Təxminən 20
dəqiqə qaynadıqdan sonra yağın üzərində köpük əmələ gələndə (yağın dibi
bir az qaralır) qazan ocağın üzərindən götürülür. Köpüklər kəfgir
qaşıqla yığılıb atılır. Əridilmiş yağ xırda gözlü süzgəc, yaxud 2-3 qat
təmiz tənzifdən ayrıca qaba süzülür. Elə süzülməlidir ki yağda artıq
qalıq, çöküntü qalmasın. Ərinmiş yağı bağlı bankada (balaca bidonda)
sərin yerdə 6 ayadək saxlamaq olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!