Fransız ponçikləri resepti - FOTO RESEPT

Fransız ponçikləri resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 18
Tərkibi:

500 qr un

18 qr maya (droj)

50 qr şəkər tozu

10 qr duz

5 ədəd yumurta

75 qr su

200 qr kərə yağı



Hazırlanması:

1. Ərzaqlar hazırlanır.

2.
Un, duz, şəkər tozu, maya, yumurtalar və su dərin boşqaba yerləşdirilir
(duz və maya boşqabda bir-birindən aralı olmalıdır). Kubik şəklində
tikələrə doğranmış yağ ayrıca boşqabda soyuducuya yerləşdirilir.

3. Boşqabdakı ərzaqlar mikserlə un bilinməyənə qədər yaxşı qarışdırılmalıdır.

4. Sonra üç partiya ilə xəmirə yağ kubikləri əlavə edilir və mikserlə (yağ tamamilə itənə qədər) qarışdırılır.

5. Alınan məhlul qidə bağlaması iıə örtülüb 2 saatlıq soyuducuya qoyulur.

6.
Xəmir 2 yerə bölünür (istifadə edilməyən hissə yenidən qida bağlaması
ilə örtülüb soyuducuya qoyulur ki artıq dəfə xəmir isinməsin). Xəmir
yoğrulur və 4-5 millimetr qalınlığa gətirilir.

7. Alınan xəmirdən 6-7 sm diametri olan halqalar kəsilir (stəkan vasitəsi ilə).

8. Hər bir xəmir halqasının ortasında deşik açılır.

9. Sonra halqanın bir tərəfi içəri dəliyə doğru qatlanır.

10. Nəticədə düyünçə alınmalıdir.

11. Çalışın mümkün qədər alınan xəmirləri əldə çox saxlamayasınız, yenə də "ərinmənin" qarşısını almaqdan ötəri.

12.
Günəbaxan yağının 1 litri 170-180 dərəcəyə qədər (çox olmaz) qazanda
qızdırılır. Ponçiklər partiya ilə, hər tərəfləri eyni qədər qızaranadək,
yağda lazımınca çevirərək qızardılır.

13. Bişmiş ponçiklərdən artıq yağın itməsi üçün onlar mətbəx salfetlərinin üstünə qoyulur.

14. Üzərinə şəkər pudrası vurulur - və hazırdır!



Məsləhətlər:

-
Xəmir soyuducuda 2 saat qalandan sonra, düzgün olar ki onu çıxarıb şar
şəklinə salıb, yenidən üzərini qida bağlaması ilə örtüb bir gecəlik
soyuducuda saxlayasınız.

-
Qızarmaq üçün çalışın böyük qazandan istifadə edin (məsələn 5 litrlik).
Ona görə ki qızarma zamanı, hər dəfə alınan köpük itməsin.

-
Birinci partiya qızardıqda mütləq bir ponçikin dadına baxın. Ola bilsin
ki ponçik üzdən qızarar, lakin içərisi çiy qalar. Bu da ondan yaranır
ki yağın temperaturu çox böyükdür və ponçik kifayət qədər bişmir.





























































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!