Kartoflu badımcan yeməyi resepti

Kartoflu badımcan yeməyi resepti
Yeməklər
10.09.2017 20
Tərkibi:

5 ədəd badımcan

1 ədəd iri soğan

3-4 diş sarımsaq

1 ədəd yaşıl bibər (mütləq deyil)

2-3 ədəd kartof

3 ədəd pomidor

1 çay qaşığı tomat

5 qaşıq kərə yağı

Duz, istiot

Yarım stəkan qaynar su



Hazırlanması:

Badımcanların
qabığını zolaqvari soyub, badımcanı iri kubiklərə doğrayın. Acısını
çıxartmaq üçün duzlu suda 20 dəqiqə saxlayıb, sudan keçirin və sıxın.
Soğanı, sarımsaqları və bibəri xırda-xırda doğrayın. Kartof və pomidoru
iri-iri doğrayın.

Qazanda
yağı əridin. Soğan və sarımsağı əlavə edib arada qarışdıra-qarışdıra
soğan yumuşalıb qızarmağa başlayanadək bişirin. Bibər və kartofu əlavə
edib bir-iki dəqiqə də bişirin. Pomidor və tomatı əlavə edib bir-iki
dəqiqə bişirin. Badımcanı əlavə edib, qarışdırın. Duz-istiot vurun.

Bir
iki dəqiqə sonra suyu əlavə edin, qazanın qapağını örtün və yeməyi orta
hərarətdə 15-20 dəqiqə ərzində bişirin. Karktof bişibsə yemək
hazırdır. Yemək bişdiyi müddət ərzində tez-tez qarışdırmayın ki,
badımcan əzilməsin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!