Türkiyə mətbəxindən ətli quru paxla resepti

Türkiyə mətbəxindən ətli quru paxla resepti
Yeməklər
10.09.2017 12
Tərkibi:

Yarım kilo paxla

100-150 qram qaxac

2 baş soğan

3 ədəd uzun bibər

1 ədəd pomidor

2 yemək qaşığı kərə yağı

2 yemək qaşığı duru yağ

1 çay qaşığı acı bibər tomatı

1 xörək qaşığı pomidor tomatı

Duz, pul bibər



Hazırlanması:

Lobya axşamdan təmizlənib suya qoyulur. Səhər qaynadıb suyu dəyişmədən 1 gecə saxlanılır. Yeməyi hazırlamağa başlayanda suyunu süzüb yenidən yuyulur. Üzərinə su əlavə edib yumşalana qədər bişirilir. Suyu tökərkən diqqət edin: su 3 barmaq hündürlüyündə paxlanın üstünə çıxmalıdır. Paxla qaynamağa başladıqda odunu azaldıb yumşalana qədər həmin odda bişirin.



Paxlalar bişərkən soğanlar kubik şəklində doğranır və tavada 2 yemək qaşığı bitki yağında qovrulur. Soğanlar qızaranda bibər tomatı, pomidor tomatı, duz və qırmızı istiot əlavə edilir. Bir az da qovurduqdan sonra yumşalmış paxla əlavə edilir. 15-20 dəqiqə bişirdikdən sonra qurudulmuş ət dilimlənərək kərə yağı ilə birlikdə yeməyə əlavə edilir. Daha sonra üzərinə dilim-dilim kəsilmiş bibər və pomidorlar düzülür. Qapağı örtüb 5-10 dəqiqə zəif odda bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!