Pomidor-yumurta resepti

Pomidor-yumurta resepti
Yeməklər
10.09.2017 124
Tərkibi:

3-4 pomidor

1 baş soğan

3 sarımsaq dilimi

1 bibər (sivri bibər və ya 2 çarliston bibəri)

2 yumurta

duz, istiot, pul bibər (istəyə görə)

duru yağ



Hazırlanması:

Tavaya biraz yağ töküb xırda-xırda doğranmış soğanı qovurun, rəngi biraz dəyişənə yaxın doğranmış bibəri tökün üstünə. Biraz da belə qovurun. Sonra sarımsağı əlavə edin. Hamısı birlikdə qızardıqdan sonra pomidoru əlavə edib tavanın qapağını örtün. 7-8 dəqiqə bişirin, arada-bir açıb qarışdırın. Yemək bişdikdən sonra duz, qara istiot, pul bibər əlavə edib qarışdırın.

Kənarda 2 dənə yumurtanı da çırpıb tökün yeməyin üstünə. Bir iki yerindən qaşıqla yer eləyin ki, yumurta tavanın dibinə qədər getsin. Sonra qapağı örtüb 1-2 dəqiqə gözləyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!