Zapekanka resepti

Zapekanka resepti
Yeməklər
10.09.2017 37
Tərkibi:

5 ədəd kabaçki (1,2 kq)

400 q. qiymə

3 orta baş soğan

2 x.q tomat pastası

7-8 kiçik pomidor

100 q holland pendiri (olmasa da olar)

4 yumurta

150 qr. xama

Duz, istiot



Hazırlanması:

Soğanı tavada yağ olmadan öldürürük, üzərinə qiyməni əlavə edirik, daha sonra tomat pastası, duz, istiot vurub yaxşıca qarışdırırıq.

Kabaçkiləri sürtgəcin iri gözündən keçirib duzlayırıq, şirəsinin çıxması üçün kənara qoyuruq.

Pomidorları halqalar şəklində doğrayırıq.

Yumurtaları xama ilə çalırıq, üzərinə istəyə uyğun duz əlavə edirik.

İstədiyimiz ölçüdə və formada kabaçkilərin yarsını tavaya düzürük, üzərinə farş və daha sonra yenə kabaçkiləri əlavə edirik. Onların üzərinə pomidorları əlavə edirik. Hazırladığımız xama-yumurta qarışığını pomidorların üzərinə əlavə edirik. Pendiri sürtgəcin iri gözündən keçirib, qarışığın üzərinə  tökürük.

180 dərəcəyədək qızdırılmış sobada 30-35 dəqiqə bişiririk.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!