Zeynəbin barmaqları resepti - FOTO RESEPT

Zeynəbin barmaqları resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 12
Tərkibi (20 ədəd):

Xəmir:


100 q un

80 q mannı yarması

1 ç.q. quru maya

0,5 x.q. şəkər tozu

1 çimdik duz

30 q kərə yağı

2 x.q. zeytun yağı

6-8 x.q. isti su



Şərbət:

2 çay fincanı şəkər tozu

1 fincan su

1 ç.q. limon şirəsi



Qızartmaq üçün:

bitki yağı



Hazırlanması:

Əvvəlcə
şərbəti bişirmək lazımdır. Tavaya su tökün, şəkər əlavə edib əriyənədək
və qaynara düşənədək qarışdırın. 1 ç.q. limon şirəsi əlavə edib 5-7
dəqiqə bişirin. Ocağı söndürüb şərbəti soyudun.





Xəmiri əlinizlə, yaxud robotda yoğura bilərsiniz.

Un,
mannı, maya, duz, şəkər tozunu qarışdırın. İsti süd, zeytun yağı və
ərinmiş kərə yağını (qaynar olmasın, yoxsa mayanı yandırar) əlavə edib
yoğurun.





Xəmiri 20 yerə bölün (qoz boyda).





Ona
forma vermək üçün iri gözlü sürtgəc götürün. Xəmir kündələrini barmaq
formasına salın, sonra onu sürtgəcin üstünə barmağınızla yayın, azca
basın.





Barmağınızı yuxarı doğru hərəkət etdirin, xəmiri bükərək sürtgəcin üstündən çıxarın, masaya düzün.





20 dəqiqə saxlayın.



Yağı qızdırın. "Barmaqları" qızılı rəng alanadək qızardın.





Dərhal
da soyumuş şərbətə salın. Şərbətdə 1-2 dəqiqə saxlayıb qaba düzün (bir
hissə yağda qızarırkən digər hissəni şərbətə salın).









Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!