Basbusa resepti

Basbusa resepti
Yeməklər
10.09.2017 12
Tərkibi:

1 st. un

1 st. mannı

1 st. şəkər tozu

1 st. kokos yonqarı

1 st. qatıq

1 st. qoxusuz bitki yağı

1 yumurta

2 ç.q. vanilli şəkər

2 ç.q. qabartma tozu

20 ədəd badam (bəzək üçün)



Şərbət:

1/2 st. şəkər tozu

1/2 st. sud

2 x.q. limon şirəsi



Hazırlanması:

Bir qabda un, mannı yarması, şəkər tozu, kokos yonqarını, vanilli şəkəri və qabartma tozunu qarışdırın.



Qatıq və bitki yağını əlavə edin.



Yumurtanı çəngəllə yüngülcə çalın.



Ümumi qarışığa əlavə edin. Yaxşıca qarışdırın.



Formanı
yağlayın (25x25 sm). Basbusa qalın olmasın deyə sininin iri olması daha
yaxşı olar. Xəmiri tökün, sinini əlinizlə hərəkət etdirərək xəmirin
bərabər yayılmasına çalışın.



Üzərinə gözəyarı bərabər məsafələrdə badamları düzün (basmaq lazım deyil).



180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin.



Dərhal da şərbət bişirin ki, soyumağa macal tapsın.



Qazançaya
şəkər tozu, su, limon şirəsi (təxminən limonun 1/3-i) tökün. Ocağın
üstə qoyub qarışdırın, qaynara düşəndən sonra 2-3 dəqiqə bişirin. Hazır
şərbəti soyudun.



Bişmiş piroqu da təxminən 20 dəqiqə soyudun.



İti bıçaqla piroqu düzbucaqlı hissələrə doğrayın, elə edin ki, hər birinin ortasına bir (yaxud bir neçə yanaşı) badam düşsün.



İsti piroqun üstünə soyumuş şərbəti qaşıqla tökün. Aralarına şərbət gəzdirməyi də unutmayın.



Piroqu tam soyudun.



Yumşaq qalması üçün basbusanı paketdə saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!