Çin hökmdarı salatı resepti - FOTO RESEPT

Çin hökmdarı salatı resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 16
Tərkibi:

200 q toyuq filesi

350 q bolqar bibəri

250 q yerkökü

300 q xiyar

300 q turp (yaşıl və ya qara)



Sous:

5 x.q. soya sousu

5 x.q. su

3 diş sarımsaq



Hazırlanması:





Toyuq filesini bişirin (qaynara düşəndən sonra 20 dəqiqə qaynadın). Soyudun.





Xırda doğrayın.





Xiyarı sürtgəcin orta gözündən keçirin.





Bibərin toxumunu təmizləyin, kubik doğrayın.





Yerkökünü sürtgəcin orta gözündən keçirin.





Turpu sürtgəcin orta gözündən keçirin.





Sarımsağı xırda doğrayın.





Soya sousu, su və sarımsağı qarışdırın.





İri
buludun ortasına əti qoyun, kənarlarına isə tərəvəzi düzün, üstünə sous
gəzdirin. Xüsusi, bölmələrə ayrılan qabdan da istifadə etmək olar.
İnqredientləri yeməyə başlarkən qarışdırmaq lazımdır.





Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!