Almalı-laymlı sorbe resepti

Almalı-laymlı sorbe resepti
Yeməklər
10.09.2017 6
Tərkibi:

1/2 laymın şirəsi

250 ml yoqurt

50 q şəkər pudrası

2 yumurtanın ağı

2 iri yaşıl alma



Hazırlanması:

Almaları
yuyub iri dilimlərə doğrayın. Qabığını və cecəyini çıxarın. Blenderə
qoyun, laym şirəsi əlavə edib 3-4 dəqiqə ərzində xırdalayıb püre halına
salın.



Bu püreyə yoqurt əlavə edib qarışdırın.



Yumurta
ağını şəkər pudrası ilə möhkəm çalın. Sonra bundan hissə-hissə götürüb
almalı püreyə əlavə edin ki, yumurtanın həcmi dağılmasın.



Qatışığı yoqurt qablarına tökün. İçinə taxta çubuqlar qoyun. Dondurucuda 6-8 saat saxlayın.



Əgər
sorbeni dondurma aparatında hazırlayırsınızsa, o zaman qatışığı
aparatın içinə tökün, 10-15 dəqiqə çalın. Qatılaşanda stəkanlara tökün,
içinə taxta çöplər qoyun və dondurucuda 2-3 saat saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!