Ərəb küftəsi resepti

Ərəb küftəsi resepti
Yeməklər
10.09.2017 12
Tərkibi:

1 st. xırda bulqur

1 st. soyuq su

2,5 x.q. un

1 iri baş soğan

1 armudu stəkan bitki yağı

1 x.q. tomat

1 x.q. bibər pastası

qara istiot, quru nanə, zirə - hərəsindən 1 ç.q.

1 x.q. narşərab

2 diş sarımsaq

500 q ispanaq

duz



Hazırlanması:

Bulqurun
üstünə su töküb 15 dəqiqə saxlayın. Suyu çəkdikdən sonra bulqura un
əlavə edib yoğurun. Bulqur qurumasın deyə yoğurarkən arada əlinizi su
ilə isladın. Alınan xəmirdən fındıq boyda kündələr tutun, hər birinin
ortasına işarət barmağınızla yüngülcə basın.



Dərin qazana su və 1-2 çay qaşığı duz tökün, küftələri içinə töküb bişənədək qaynadın. Sonra suyunu süzün, amma atmayın.



Soğanı
bitki yağında qovurun. Tomat, bibər pastası, nanə, istiot, zirə,
narşərab və duz əlavə edib 2 dəqiqə bişirin. Xırdalanmış sarımsağı,
ardınca küftələri əlavə edin. Küftələri qaynatdığınız sudan 2 st.
götürüb buraya əlavə edin. Arada qarışdıraraq 5 dəqiqə bişirin. İri
doğranmış ispanaq, lazım gələrsə, bir az da su əlavə edib qarışdırın.
Süfrəyə isti-isti verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!