Zur beliş resepti

Zur beliş resepti
Yeməklər
10.09.2017 8
Tərkibi:

Xəmir:


3-3,5 st. un

500 q xama və ya qatıq

duz

şəkər tozu



İç:

1,5-2 kq ət (mal, qoyun, toyuq, ördək - zövqə görə)

2 kq kartof

3 baş soğan

3 x.q. kərə yağı

1 st. bulyon

duz

təzə üyüdülmüş qara istiot



Hazırlanması:

Xəmir üçün olan ərzağı dərin ləyəndə qarışdırıb elastik, ələ, oxlova yapışmayan xəmir yoğurun. 20 dəqiqə saxlayın.



Soğanı təmizləyib xırda doğrayın. Əti və kartofu iri kubiklərə doğrayın. Soğanı, duz və istiot əlavə edib qarışdırın.



Xəmirin dörddə birini ayırın. Qalan iri hissəni 6-7 mm qalınlıqda yayın. Elə olmalıdır ki, iri dairəvi formadan kənara çıxsın.



İçi xəmirin üstünə qoyub qıraqlarını ortasına qatlayın.



Qırağa
qoyduğunuz xəmirdən pinq-ponq şarı boyda kündə qoparıb bir kənara
qoyun, qalanını isə yayıb belişin üzərinə çəkin, qıraqlarını bitişdirin.
Ortasında deşik açın, içinə ərinmiş kərə yağı tökün, sonra isə o balaca
kündəni həmin deşiyin üstünə qoyun (butulkanın ağzına mantar qoyan
kimi).



Belişin üstünə yumurta çəkin, sobada 1-1,5 saat bişirin.



Sonra
çıxarın, üstdəki kürə-kündəni götürün, içinə bulyonun 3/4-nü tökün,
kürəni yerinə qoyun, üstünə folqa çəkib yenidən sobaya qoyun. Daha 1
saat bişirin. Belişi süfrəyə verməzdən əvvəl kündəni götürüb içinə
bulyonun qalanını tökün. Süfrəyə elə bişirdiyiniz sinidə verə
bilərsiniz.



Belişdə
ən əsası onun süfrəyə verilmə qaydasıdır: Üst qazmaq çıxarılır. İç
qaşıqla boşqaba çəkilir. Yanına üst qazmaqdan parçalar qoyulur. İç
yeyilib qurtarandan sonra isə ən dadlı yeri - bulyon, yağ və şirəni
özünə hopdurmuş alt qazmaq bölünür. Qədimlərdə onu ən hörmətli qonağa
verirmişlər.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!