Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT

Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 11
Tərkibi:

İç:


500 q qoyun əti

250 q quyruq

350 q baş soğan

keşniş toxumu

qara istiot

zirə

keşniş, reyhan, nanə (istəyə görə) qurusu



Xəmir:

5 yumurta

1 st. su

duz

700-1000 q un (artıq da ola bilər)



Hazırlanması:

İç
üçün olan ərzağı qarışdırın. Bunu artırıb-azalda da bilərsiniz. Əsas
odur ki, 1 hissə qoyun ətinə yarım hissə quyruq götürəsiniz, soğan da
bol olmalıdır.





Duz,
yumurta, su və undan xəmir yoğurun. Xəmir bərk olmalıdır. Qida
plyonkasına bükün, 30-40 dəqiqə saxlayın, sonra bir dəfə də ətləyin.



Nazik yayın.





Tərəfi 2,5 sm olan kvadratlara bölün.





İçdən
xırda-xırda hər kvadratın ortasına qoyub bükün. Cəld tərpənmək
lazımdır, çünki xəmir quruyanda yapışmır. Ən yaxşısı - köməkli
bükməkdir.





Bükmək də asandır. Əvvəlcə diaqonal üzrə qatlayın (baş yaylığı kimi).





Qıraqlarını bərkidin.





Sonra altdakı (enli tərəfdəki) iki qırağı çeçələ barmağınızın ətrafına keçirib bərkidin. Hazırdır.









Sous:

Soussuz özbək düşbərəsi düşbərə olmaz ki…



Yağda soğanı qovurun, sarıkök, sarımsaq, yerkökü, zirə və keşniş toxumu əlavə edin.

Doğranmış, yaxud sürtgəcdən keçirilmiş pomidor əlavə edib bişirin (pomidor yoxdursa, tomat pastası və sudan istifadə edin).













Şirin
bibəri (istəyən çili də əlavə edə bilər) doğrayıb əlavə edin. Kərəviz,
göyərti qurusu da qatın. Özbəklər "cambul" adlı göyərtidən istifadə
edirlər. Amma olmayanda dağ kəkotusundan istifadə etmək olar. Azca
bulyon (yoxdursa, su) əlavə edin, ocağı azaldın, qaynara düşəndə isə
ocaqdan götürüb ağzına qapaq qoyun.

















Düşbərəni
yaxşı olar ki, bulyonda bişirəsiniz. Yoxdur? Eybi yox. Qazanı su ilə
doldurub ocağın üstə qoyun. Soğanı və yerkökünü xırda doğrayın, dəfnə
yarpağı, dənəvər istiot, duz əlavə edin. Qaynara düşəndə düşbərəni
salın.





Əvvəlcə kasalara sous çəkin.





Sonra düşbərələri qoyun.





Düşbərənin bişdiyi bulyondan əlavə edin.





Üzərinə xırda doğranmış göy soğan, başqa sevdiyiniz göyərti səpin.









Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!