Armudlu boranı şorbası resepti - FOTO RESEPT

Armudlu boranı şorbası resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 11
Tərkibi:

600 q təmizlənmiş boranı

1 armud (çərdəyi çıxarılmış)

zeytun yağı

1 orta boy soğan

1 razyana kökü

1 kərəviz budağı

2 diş sarımsaq

1,5 ç.q. çin qarışığı (şüyüd, cirə, mixək, darçın, biyan)

2 fincan toyuq bulyonu

1 portağalın şirəsi

xama

boranı tumu (üstünə)

sürtgəcdən keçirilmiş pendir



Hazırlanması:

Boranı və armudu kubik doğrayıb zeytun yağında 10 dəqiqə, boranı yumşalanacan qovurun. Azca su əlavə edə bilərsiniz.





Dərin,
dibi qalın tavada 1 x.q. zeytun yağını qızdırıb soğanı 5 dəqiqə
qovurun, doğranmış razyana kökü, kərəviz kökü, əzilmiş sarımsaq və duz
əlavə edin.





Qarışdıraraq
5-8 dəqiqə, yumşalanadək qovurun (qızartmayın). Çin qarışığını, duz,
istiot və boranı ilə armudu əlavə edin. Bulyon və portağal şirəsi tökün,
vam odda 15 dəqiqə bişirin.





Şorbanı
blenderdə xırdalayın. Duz-istiotunu yoxlayın. Boşqablara çəkin. 1 x.q.
xama qoyun, sürtgəcdən keçirilmiş pendir və boranı tumları səpin.
(Boranı tumlarını sobada quruda, yaxud tavada qovura bilərsiniz).



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!