Küncütlü Hələb halvası resepti

Küncütlü Hələb halvası resepti
Yeməklər
10.09.2017 8
Tərkibi:

250 q kərə yağı

2 st. un

2 st. şəkər tozu

2 armudu st. küncüt

1 yumurtanın ağı

1/2 qəhvə fincanı şəkər pudrası



Hazırlanması:

Kərə
yağını tavada əridin. Ələnmiş unu əlavə edin, iti odda un qızılı rəng
alanadək taxta qaşıqla qarışdıraraq qovurun. Şəkər tozu əlavə edin,
əriyənədək qarışdırın. Ocağın altını söndürün, 5 dəqiqə qapağını
açmayın, dəmlənsin.



Küncütü
bir kasaya tökün. Yumurta ağı ilə şəkər pudrasını əlavə edib
qatılaşanacan qarışdırın. Yağlanmış sininin içinə yayın. Halvanı üzərinə
boşaldıb əlinizlə üstdən basaraq hamarlayın. Üstünü folqa ilə örtün.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Sobadan
çıxarandan sonra bir qədər soyudun. Sonra bir buluda tərsinə çevirin,
doğrayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!