Yapon üsulu toyuq qızartması resepti

Yapon üsulu toyuq qızartması resepti
Yeməklər
10.09.2017 34
Tərkibi:

600 q toyuq filesi (orijinal reseptdə dərisi soyulmamış toyuq budu)

1 x.q. bal

3 x.q. soya sousu

1 x.q. bəyaz şirin şərab

duz

istiot

bitki yağı



Qarnir:

süzülmüş düyü

buxarda bişirilmiş və ya qaynadılmış brokkoli



Hazırlanması:

Toyuq filesini bir qədər döyün, az yağda hər iki üzünü qızardın.



Bal,
soya sousu və şərabı qarışdırın. Bu sousu tavadakı ətə əlavə edin, iti
odda daim çevirərək və üzərinə sousdan müntəzəm olaraq qaşıqla götürüb
tökərək 10-15 dəqiqə bişirin.



Duz, istiot vurun.



Hazır fileni şəridlərə doğrayın. Süfrəyə bişmiş düyü və brokkoli ilə verin, üzərinə sous gəzdirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!