Baikzuk resepti

Baikzuk resepti
Yeməklər
10.09.2017 7
Tərkibi:

1 cücə

125 q düyü

4 kartof

2 yerkökü

1 kərəviz budağı

1 soğanaqlı göy soğan

10 diş sarımsaq

8 xurma

zəncəfil tozu

duz

istiot



Hazırlanması:

Cücənin
içini təmizləyin, düyünü və 5 diş sarımsağı içinə yığın. Dərisini elə
tikin ki, düyü tökülməsin. İçinə 1,5 l su tökülmüş qazana qoyun, orta
itilikli odda qaynara düşəndən sonra daha 15 dəqiqə bişirin.



Bu arada kartofu, yerkökünü və qalan sarımsağı təmizləyib kubik doğrayın. Kərəvizi uzun şəridlərə, soğanı isə xırda doğrayın.



Bunları
və xurmanı da qazana əlavə edib daha 30 dəqiqə bişirin. Ocağı azaldın.
Cücəni şorbadan çıxarın. İçinin düyü və sarımsağını çıxarın, əti
sümükdən ayırın, əlinizlə xırda tikələrə ayırın. Əti qazana qaytarın.
Zövqə görə duz, istiot, zəncəfil tozu vurun, azca qaynadın.



Süfrəyə düyü və pekin kələmi (kimçi) ilə verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!