Alu-patra resepti - FOTO RESEPT

Alu-patra resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 14
Tərkibi:

Xəmir üçün:


200 q un

0,5 ç.q. duz

2 x.q. bitki yağı

100 ml isti su

0,5 ç.q. sarıkök

istiot



İç üçün:

5 kartof

2 x.q. kokos yonqarı

2 x.q. günəbaxan tumu və ya küncüt

0,5 dəstə cəfəri

1 ç.q. şəkər tozu

1 ç.q. karri

0,5 ç.q. keşniş toxumu

2 x.q. bitki yağı

duz

qara və qırmızı istiot



Hazırlanması:

Kartofu
təmizləyin, duzlu suda hazır olanadək bişirin. Suyunu süzün, kartofu
əzin. 2 x.q. bitki yağı, kokos yonqarı, küncüt toxumu (və ya günəbaxan
tumu), xırda doğranmış cəfəri, şəkər tozu, keşniş toxumu, karri, duz,
qırmızı və qara istiot vurub qarışdırın.





Unu duz, istiot və sarıköklə qarışdırın. Ortasında çala açın, bitki yağı və isti su əlavə edib elastik xəmir yoğurun.





15-20 dəqiqə saxlayın, sonra 3 mm qalınlıqda yayın.





Üstünə kartoflu içi bərabər qaydada yayın.





Rulet kimi bükün, qıraqlarını bərkidin.





Ruletləri 1 sm qalınlıqda yayın.





Bunları bitki yağında hər iki üzünü 3-4 dəqiqə olmaqla, qızarıncayadək bişirin.







Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!