Kuksi şorbası resepti - FOTO RESEPT

Kuksi şorbası resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 23
Tərkibi:

500 q toyuq əti

1 badımcan

3 yumurta

200 q təzə xiyar

1 şirin bibər

200 q soya cücərtisi (konserv)

1,5 l toyuq bulyonu

200-300 q yumurtalı əriştə

3 x.q. zeytun yağı

soya sousu, süfrə sirkəsi - zövqə görə

2-3 diş sarımsaq

duz, istiot göyərti - zövqə görə



Hazırlanması:

Badımcanı saman kimi doğrayın, duzlayın. Əlinizlə sıxın, 1 saat saxlayın.

[/center]



Əti şəridlərə doğrayın, tavada zeytun yağında qızılı rəng alanadək qovurun.

[center]




Suyu sıxılmış badımcan əlavə edin, 5-7 dəqiqə bişirin.

[/center]



Əriştənin üstünə qaynar su tökün, 3 dəqiqədən sonra süzün. Əriştə hazırdır.

[center]




Yumurtaları çalın və bitki yağında 3 nazik blinçik bişirin. Sonra üst-üstə yığıb rulet kimi bükün, doğrayın.

[/center]



Xiyarı
sürtgəcin iri gözündən keçirin, suyunu sıxın. Bibəri nazik saman kimi
doğrayın. Soya cücərtiləri dadsızdırsa, üstünə azca limon şirəsi səpib
az miqdarda duz vurun.

[center]




Bulyon: toyuq bulyonuna əzilmiş sarımsaq, soya sousu və süfrə sirkəsi (çox az), qırmızı istiot və doğranmış keşniş əlavə edin.

[/center]



Hər boşqaba bir az əriştə qoyun.

[center]




Yanına ətlə badımcanı, ortaya blinçik dilimlərini qoyun.

[center][/center]



Üstünə qaynar bulyon töküb süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!