Kubbe - yəhudi mantısı resepti - FOTO RESEPT

Kubbe - yəhudi mantısı resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 31
Tərkibi:

300 q manna yarması

2 x.q. zeytun yağı

200 ml isti su

500 q kotlet qiyməsi

1 yerkökü

1 çuğundur

1 baş soğan

duz

ədviyyat

1 l bulyon



Hazırlanması:

İsti suyu və zeytun yağını qarışdırın, tədricən manna yarmasını əlavə edib xəmir yoğurun.





Xəmir yumşaq, elastik və ələ yapışmayan olmalıdır.





Xəmirdən
xırda kündələr tutun. Taxtanın üstünə azacıq un səpərək yayın. İçinə
qiymə (ət, baş soğan və ədviyyat) qoyun, kənarlarını bükün.





Bir
dərin tavada sürtgəcin iri gözündən keçirilmiş tərəvəzi (yerkökü,
çuğundur, soğan) azca qovurun. Üstünə bulyon və ədviyyat tökün.





Mantıları bu sousun içinə salın, qapağını örtüb yarım saat bişirin. Hərdən çevirin ki, üstü, qalın hissəsi də bişsin.





Hazırladığınız mantılar çox alınıbsa və artıq qazana yerləşmirsə, onları dondurucuda saxlamaq olar.



Həmçinin
bu mantıları duzlu suda da bişirmək olar, amma adi, xəmiri undan
hazırlanan mantıdan fərqli olaraq onu daha uzun müddət bişirmək lazım
gələcək.



Süfrəyə xama ilə verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!