Südlü masala resepti

Südlü masala resepti
Yeməklər
10.09.2017 38
Tərkibi:

1 st. süd

5 yaşıl hil dənəsi

2 qara hil dənəsi

1/4 ç.q. mixək

2 ədəd ağ dənəvər istiot

1 budaq darçın

1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil kökü

bıçağın ucunda muskat cevizi

şəkər tozu və ya bal - zövqə görə

qara çay yarpaqları



Hazırlanması:

Hil dənələrini aralayıb içinin buğdalarını çıxarın.



Mixəklərin başını, dənəvər istiotları və darçın budağını əzin.



Təzə zəncəfil kökünü yuyun, qabığını təmizləyib sürtgəcdən keçirin, yaxud xırda doğrayın.



Südü
qızdırın. Qaynara düşəndə ədviyyatları: yaşıl və qara hili, mixəyi, ağ
istiotu, darçını, muskat cevizini və sürgəcdən keçirilmiş zəncəfil
kökünü əlavə edin. Vam odda 1-2 dəqiqə bişirin.



Qara çayı ayrıca dəmləyin.



Fincanın
1/3-nə qara çay, bunun üzərinə ədviyyatlı südü çaysüzəndən süzün.
İstəyə görə şəkər tozu və ya bal əlavə edə bilərsiniz.



Əgər
ballı masala içmək niyyətiniz varsa, o zaman çayın azca soyumasını
gözləyin, sonra balı əlavə edin ki, onun keyfiyyəti itməsin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!