Kimi-endo-an resepti - FOTO RESEPT

Kimi-endo-an resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 13
Tərkibi:

Kimi-an (sarı qarışıq):


6 yumurtanın sarısı

50 q şəkər tozu



Endo-an (noxudlu qarışıq):

200 q göy noxud

40 q şəkər tozu



Hazırlanması:

Yumurtaları suda bişirin. Sarılarını ayırıb ələkdən keçirin, şəkər tozu əlavə edib, qarışdırın.



Göy
noxudun üstünə su töküb 15 dəqiqə, yumşalanacan qaynadın. Suyunu süzün,
həvəngdə döyün, şəkər tozu əlavə edib ocağın üstə qoyün, qatılaşanadək
daim qarışdırın. Kütlə qaynamalı, amma dibi tutmamalıdır. Bu pastanı
böyük boşqaba yayın ki, həm tez soyusun, həm də rəngi parlaq yaşıl
qalsın.



15x15
sm ölçüdə nazik pambıq parçanı, yaxud bir neçə qat cunanı suda isladıb
yaxşıca sıxın. Üstünə bir qədər sarı, bir qədər də yaşıl qarışıqdan
qoyun. Parçanı boğça kimi bükün, yuxarı hissəsini spiral kimi burun.
Sonra ehtiyatla açıb boşqaba qoyun. Soyuyandan sonra çayla süfrəyə
verin.























Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!