Heyvalı-boranılı çatni resepti - FOTO RESEPT

Heyvalı-boranılı çatni resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 15
Tərkibi:

1 kq boranı

400 q heyva (2-3 ədəd)

1 iri portağal

1 iri limon

300 ml su

150 ml bəyaz şərab sirkəsi

200 q şəkər tozu

1 dolu x.q. duz

10-12 ədəd mixək

1 budaq darçın

2 dəfnə yarpağı



Hazırlanması:

Boranını
tərəfi 1 sm olan kubiklərə doğrayın. Heyvanın da qabığını soyub eynilə
doğrayın (bir qədər iri də olar). Limon və portağalın sedrasını çıxarın:
qabığını (ağ hissəsi olmamaqla, yoxsa acı dadı olacaq) soyub nazik
saman kimi doğrayın. Sonra bu sitrus meyvələrinin şirəsini çıxarın.



Marinad hazırlayın:
qazana şəkər tozu, duz, sirkə, limon və portağalın şirəsini, dəfnə
yarpağı, ədviyyatı qoyun, su tökün. Ocağın üstünə qoyun. Hərdən
qarışdırın (yoxsa şəkər dibə yapışar və sirkə ilə qarışaraq karamel
əmələ gətirər). Qaynara düşəndə sedranı əlavə edin, ocağı azaldıb 10
dəqiqə bişirin. Heyvə və boranını əlavə edib daha 10 dəqiqə bişirin.
Aradabir qarışdırın. Hazır çatnini isti-isti pasterizə edilmiş bankalara
yığın, ağızlarını bağlayın, soyudun, sonra isə soyuducuda saxlayın.























Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!